
“Əminəm ki, Yamalın pis niyyəti yox idi” – Millinin baş məşqçisi
İspaniya millisinin baş məşqçisi Luis de la Fuente yığmanın və “Barselona”nın futbolçusu Lamin Yamalın “Real”la bağlı mübahisəli açıqlamalarına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Mənim üçün hörmət anlayışı müzakirə mövzusu deyil. Sözlərinizdə diqqətli olmalısız, çünki bəzən onlar kontekstdən çıxarıla bilər. Kimisə incitmək çox asandır, amma bu, həmişə hörmətsizlik demək deyil. Əminəm ki, Yamalın pis niyyəti yox idi, o, heç kimi incitmək istəmirdi”.
Oktyabr ayında keçirilən “el klasiko”dan əvvəl 18 yaşlı futbolçu Madrid klubunu fırıldaqçılıqda və daim şikayətlənməkdə günahlandırmışdı.
Yamal səhhətindəki problemlərə görə İspaniya millisinin noyabr təlim-məşq toplanışını buraxacaq.
Bizi Facebook-da izləyin



