“Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək” – Qriqorçuk

“Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk Ramil Şeydayevin keçidini dəyərləndirib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı mütəxəssis bunun komanda üçün əla transfer olduğunu deyib. O, hücumçunun transferindən məmnun olduğunu vurğulayıb:

“Mən çox şadam ki, Ramil bizimlədir. Bu futbolçunu çox sevirəm. Ona hörmət edirəm, dəyər verirəm. Əminəm ki, Ramilin “Neftçi”yə çox köməyi dəyəcək. O, gözəl futbolçudur. Düşünürəm ki, bu, komandamız üçün əla transferdir”.

“Neftçi” Azərbaycan millisinin üzvü ilə 3 illik müqavilə imzalayıb. 28 yaşlı hücumçu paytaxt təmsilçisinin heyətində 90 nömrəli formanı geyinəcək. .Şeydayevin son klubu Türkiyənin I Liqa təmsilçisi “Kocaelispor” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button