
Kunde həmyerlisini müdafiə etdi: “Onu yaxşı günlər gözləyir”
2021-ci ildən “Milan”da çıxış edən qapıçı Mayk Menyan ilk vaxtlar adından söz etdirirdi.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, tədricən fransalı qolkiperin çıxışı zəiflədi və mütəxəssislər onun problemlərindən getdikcə daha çox danışırlar. Həmyerlisi, “Barselona”nın müdafiəçisi Jül Kunde vəziyyəti izah etməyə çalışıb:
“Çətinliklərini ilk etiraf edən odur, Mayk mükəmməllikçidir. Əminəm ki, onu yaxşı günlər gözləyir. Hər zaman ən yüksək səviyyədə çıxış edə bilməzsiz, bu belə işləmir”.
Menyanın uğurlu çıxışı 2022-ci ildə “Milan”ın İtaliya çempionluğunu qazanmasında böyük rol oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin