“Bir gündə komanda qurmaq mümkün deyil” – Millinin baş məşqçisi

Qrup mərhələsinin ilk turunda Kosta-Rika ilə qolsuz heç-heçə edən Braziliya millisi Amerika kubokuna uğursuz başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya millisinin baş məşqçisi Dorival Junior düzgün istiqamətdə olduqlarını bildirib:

“Əlbəttə, ilk matçda fərqli nəticə gözləyirdik, amma oyunun məzmununa da baxmaq lazımdır. Gördüyümüz işlərə tam əminəm. Bizim işimiz yeni başlayıb, amma əminəm ki, düzgün istiqamətdəyik.

Sakit qalmalıyıq və özümüzə inamlı olmalıyıq. Daim şübhə etsəz, heç nəyə nail olmayacaqsız. Bir gündə komanda qurmaq mümkün deyil”.

Braziliya millisi iyunun 29-da Uruqvayla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button