Balayevli “Tobol” 1 xalı son dəqiqədə qazandı

Futbol üzrə Qazaxıstan çempionatında 29-cu turdan təxirə salınmış oyunlar keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” səfərdə “Kaysar”la qarşılaşıb. Emilin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1. “Tobol”u məğlubiyyətdən xilas edən qolu 90+3-cü dəqiqədə Azat Nurqaliyev vurub.

Balayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tobol” hazırda 60 xalla 12 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button