Emil Balayevin komandasında növbəti ayrılıq

Azərbaycan millisinin üzvü Emil Balayevin formasını geyindiyi “Tobol” klubu bir futbolçusuyla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, Kostanay təmsilçisi yarımmüdafiəçi Mixail Qordeyçukun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Tobol” forması ilə 20 oyuna çıxan Qordeyçuk, 3 qola imza atıb.

“Tobol”da bir müddət əvvəl rusiyalı baş məşqçisi Vladimir Qazzayev və onun köməkçisi Nikolay Latışla da yollar ayrılmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button