Emil Balayevin forması “Zirə”ni 800 manat ziyana saldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 20-ci turunun “Keşlə” – “Qarabağ” oyununda “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnir;

Premyer Liqanın 20-ci turunun “Səbail” – “Zirə” oyununda “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnir;

“Zirə” klubunun qapıçısı Emil Balayevin geyim formasındakı qüsura görə oyun gec başladığı üçün “Zirə” 800 manat cərimələnir;

Hakimin start fitindən öncə qapı torunda problem aşkarlandığına görə “Səbail” klubu 800 manat cərimələnir;

Premyer Liqanın 20-ci turunun “Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnir;

1-ci divizionun 18-ci turunun “Sumqayıt-2” – “Keşlə-2” oyununda  “Keşlə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnir;

Qarşılaşmanın 77-ci dəqiqəsində “Keşlə-2” komandasının 44 nömrəli futbolçusu Sərcan Omarov kobud oyuna görə qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanır, klub 160 manat cərimələnir;

1-ci divizionun 18-ci turunun “Sabah-2” – “Neftçi-2” oyununda  “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnir;

“Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnir;

Topdaşıyan və xərəkdaşıyanlar oyuna gec gəldiyinə görə “Sabah-2” komandası 80 manat cərimələnir;

1-ci divizionun 18-ci turunun “Qarabağ-2” – “Qaradağ Lökbatan” oyununda tibb otağında tibbi ləvazimatlar və həkim təmin edilmədiyinə görə “Qarabağ-2” komandası 80 manat cərimələnir;

1-ci divizionun 18-ci turunun “Zaqatala” – “Səbail-2” oyununda “Zaqatala” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnir;

Tibb otağında tibbi ləvazimatlar və həkim təmin edilmədiyinə görə “Zaqatala” komandası 80 manat cərimələnir;

Hakimlər Komitəsinin müraciətinə əsasən İntizam Komitəsi “Zaqatala” – “Səbail-2” oyununun videogörüntüləri izləyib və buna əsasən protokolda “Zaqatala” komandasının 4 nömrəli futbolçusu Kənan Müslümova səhvən verilən qırmızı vərəqə ləğv olunub, “Zaqatala” komandasının 7 nömrəli oyunçusu Elşad Əliyevə ikinci sarı vərəqənin verilməli olduğu təsdiqlənib.

Yuxarıda göstərilənləri nəzərə alaraq “Zaqatala” komandasının 7 nömrəli futbolçusu Elşad Əliyev 1 oyun cəzalanır, klub 80 manat cərimələnir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button