Emil Balayev “Tobol”dan rəsmən ayrıldı
Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın “Tobol” klubundan ayrılıb.
Komanda.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Qeyd edək ki, Emil Balayev “Tobol”a ötən mövsümün əvvəlində transfer olunmuşdu. O, bu komandanın heyətində 36 matçda meydana çıxıb. Bu qış komandaya erməni baş məşqçi Qriqori Babayanın gəlişindən sonra Emilin “Tobol”dan ayrılacağı gündəmdə idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin