Emil Balayev Qazaxıstan klubundan ayrıldı, vətənə qayıdır

Azərbaycan millisinin qapıçısı Emil Balayev Qazaxıstanın “Turan” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 28 qapıçı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Balayevin yeni klubu da artıq məlumdur. Qolkiper yaxın zamanda “Səbail”lə müqavilə imzalayacaq. O, “dənizçilər”lə anlaşıb.

Balayev bu ilin əvvəlində “Turan”la 1,5 illik müqavilə imzalamışdı. O, Qazaxıstan klubunda cəmi 1 oyuna çıxıb. Emil ölkə xaricinə məhz “Səbail”dən yollanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button