Emil Balayev oynadı, “Tobol”… – Video

Futbol üzrə Qazaxıstan çempionatında 23-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “İrtış”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qolsuz bərabərliklə ayrılıb – 0:0.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tobol” hazırda 46 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button