Feliks müəmması
“Atletiko”nun hücumçusu Joao Feliksin taleyi hələ də sual altındadır.
Komanda.az “SER Deportivos”-a istinadən xəbər verir ki, Feliksin tezliklə “Atletiko”ya qayıtmaq ehtimalı var. Portuqaliyalı futbolçu 2022/23 mövsümünü icarə əsasında “Çelsi”də keçirib.
Öncədən Joaonun karyerasını “Aston Villa”da davam etdirəcəyi deyilsə də, o, Unay Emerinin komandasında oynamaq istəmədiyini bildirib.
Eyni zamanda, 23 yaşlı forvard Çempionlar Liqasında çıxış etməyən klubda oynamağı düşünmür. “Aston Villa” isə 2023/24 mövsümündə Avropa Konfrans Liqasında mübarizə aparacaq.
Feliks “zadəganlar”ın heyətində 20 oyuna çıxıb, 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin