Emerinin komandasına keçə bilər
“Brentford”un hücumçusu İvan Toni karyerasını “Aston Villa”da davam etdirə bilər.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, Unay Emerinin komandası növbəti mövsümün startına qədər yeni hücumçu almağı planlaşdırır.
Toni 2022/23 mövsümündə İngiltərə Premyer Liqasında 31 oyuna çıxıb, 19 qol vurub və 4 məhsuldar ötürmə edib.
27 yaşlı forvard bombardirlik yarışında yalnız Erlinq Haland (“Mançester Siti”, 33 qol) və Harri Keyndən (“Tottenhem”, 24 qol) geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin