Emeridən narazı olan “Arsenal” onu istəyir
İngiltərənin “Arsenal” klubu baş məşqçi dəyişikliyinə hazırlaşır.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, baş məşqçi Unay Emerinin rəhbərliyi altında “topçular”ın göstərdiyi nəticələrdən narazı olan klub rəhbərliyi, onunla yolları ayırmağa hazırlaşır. İspan mütəxəssisin istefaya göndəriləcəyi halda, baş məşqçi postuna əsas namizədin də kimliyi bəllidir. London klubu İspaniya millisinin keçmiş baş məşqçisi Luis Enrikeni komandanın “sükanı arxasına” gətirmək niyyətindədir. Premyer Liqanın 12-ci turunda “Arsenal”ın “Lester”ə 0:2 hesabıyla məğlub olmasından sonra klub rəsmilərinin Enrike ilə təmasa keçdiyi bildirilir.
Premyer Liqada keçirdiyi 12 oyundan sonra 17 xal toplayan “Arsenal”, turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin