Emerinin baş tutmayan sevdası
“Arsenal”ın keçmiş baş məşqçisi Unay Emeri vaxtı ilə komandaya gətirmək istədiyi “Kristal Pelas”ın futbolçusu Vilfrid Zaha ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Emeri, Zahanı transfer etmək istədiyini, amma həmin vaxt “Lill”dən Nikolas Pepenin “topçular”a keçdiyini bildirib:
“Düzdür, Pepeylə müqavilə bağladıq. O, yaxşı futbolçudur, amma onun xarakterini bilmirdik, zamana ehtiyac vardı. Buna görə də, liqanı tanıyan və zamana ehtiyacı olmayan birinə üstünlük vermək istədim. Zaha inanılmaz oyun göstərirdi. O, tanıdığım və komandamda görmək istədiyim futbolçu idi. Zaha ilə danışdım, o da komandaya gəlmək istədi. Ancaq klub Pepenin gələcək üçün yaxşı bir futbolçu olduğuna qərar vermişdi. Zaha isə bahalı və “Kristal Pelas”ın satmaq istəmədiyi futbolçu idi”.
Bizi Facebook-da izləyin