
Emeri: “Xoşbəxt ola bilərik”
İngiltərədə Premyer Liqanın 29-cu turunun təxirə salınmış oyunu baş tutub.
“Aston Villa” “Liverpul”u qəbul edib və komandalar 2:2 hesablı heç-heçə edib.
Komanda.az “BBC Sport”-a istinadən xəbər verir ki, “Aston Villa”nın ispaniyalı baş məşqçisi Unay Emeri bu nəticənin ədalətli olduğuna inanır:
“Düşünürəm ki, bu, hər iki komanda üçün ədalətli nəticədir. Onların da, bizim də şansımız var idi. İki qol vurduq, ancaq onlar da hücumda çox təhlükəli idilər və iki qol vurdular. Xoşbəxt ola bilərik, amma yenə də ümid edəcəyik ki, növbəti dəfə qalib gəlib, üç xalı alacağıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin