
Emeri: “Reşforddan çox razıyıq”
“Aston Villa”nın baş məşqçisi Unay Emeri “Mançester Yunayted”dən hücumçu Markus Reşfordun birdəfəlik mümkün transferi barədə fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis, Reşfordun “Aston Villa”da özünü rahat hiss etdiyini bildirib:
“Hazırda planlamaq çətindir. Reşford burda özünü rahat hiss edir, getdikcə daha yaxşı oynayır. Çempionlar Liqasında PSJ-yə qarşı fantastik oyun keçirdi. Ondan çox razıyıq. Hər şey mövsümün necə başa çatacağından və müxtəlif şərtlərdən asılıdır”.
“Aston Villa” yanvarda Reşfordu mövsümün sonuna qədər icarəyə götürüb. Müqaviləyə onun tam transferini nəzərdə tutan 40 milyon funt sterlinqlik (təxminən 47 milyon avro) satınalma şərti də daxil edilib.
Bizi Facebook-da izləyin



