Emeri məyus olub
“Aston Villa”nın baş məşqçisi Unay Emeri İngiltərə Premyer Liqasının 31-ci turunun “Mançester Siti” ilə oyununda (1:4) məğlubiyyəti şərh edib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bir az məyus olduğunu bildirib:
“Bir az məyus oldum. 60-cı dəqiqədə üçüncü topu qapımızdan buraxana qədər mübarizə aparmağa çalışdıq. Bəzi futbolçuları dəyişməyi planlaşdırırdıq, lakin onlar üçüncü qolu vurandan sonra bu, çətinləşdi. Rəqib bizdən daha çox pressinq etdi və oyuna nəzarəti ələ keçirdi.
Nəticəni qəbul etməliyik. Robin Olsen, Tim İriqbunam, Con Duran, Nikolo Zaniolo və Morqan Rocers kimi bəzi oyunçulara oynamaq şansı verməliydik. Mən şadam ki, onların özünə inam qazanmaq və daha da güclənmək imkanı olub. Növbəti matçlar üçün çoxlu oyunçuya ehtiyacımız olacaq”.
Bizi Facebook-da izləyin