“Emeri komandaya gələnə qədər bunu düşünmürdük”
“Aston Villa”nın müdafiəçisi Tayron Minqs Birmingem təmsilçisinin cari mövsümdəki çıxışını dəyərləndirib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, baş məşqçi Unay Emeridən söz açıb:
“Turnir cədvəlinin üst pillələrində qərarlaşmaq? Bu, həyəcanvericidir. Yəqin ki, paltardəyişmə otağında hər kəs karyerası ərzində yüksək təzyiqlərə məruz qalıb. Bu, zamanla həyəcanlı an kimi görünür.
Hər şey öz əlimizdədir. Futbol həyatda qalmaq uğrunda aparılan mübarizədə iştirak etməkdən qat-qat xoşdur. Bundan həzz alırıq. Növbəti mövsümdə avrokuboklarda iştirak edəcək komandalardan biri olmaq istəyirik. Emeri komandaya gələnə qədər bunu düşünmürdük”.
“Aston Villa” hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 54 xalla 8-ci pillədə qərarlaşıb.
Unay Emerinin komandası ölkə çempionatının 36-cı turunda “Tottenhem”i qəbul edəcək. Oyun bu gün, saat 18:00-da start götürəcək.
Bizi Facebook-da izləyin