Emeri: Komandalar arasındakı fərq ortadadır

“Arsenal”ın baş məşqçisi Unay Emeri, Premyer Liqanın 25-ci turunda “Mançester Siti”yə məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, ispan mütəxəssis, İngiltərə mətbuatına açıqlamasında 1:3 hesabıyla bitən matç haqda bunları deyib:

“Ötən tur “Çelsi”ni məğlub edib, 4-cü pilləyə yüksəldik. İndi də “Mançester Siti”yə məğlub olduq. Oyundan-oyuna daha da yaxşı olacağıq. İndi qarşıdakı oyunumuzu düşünürəm.

Oyunun nəticəsi “Mançester Siti” ilə aramızdakı fərqi göstərdi. Bu, bizim üçün ruh düşkünlüyü olmamalıdır. Komandalar arasındakı fərq ortadadır”.

“Arsenal” 25 turdan sonra 47 xalla 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button