Emeri ilə Monçi yenidən birlikdə – Bu dəfə Premyer Liqada
Cari mövsümün əvvəlində Unay Emerini baş məşqçi postuna gətirən “Arsenal”, klubun idman direktoru vəzifəsi üçün də hərəkətə keçib.
Komanda.az “Marca”ya istinadən xəbər verir ki, “topçular” “Roma”nın idman direktoru Ramon Monçiyə təklif göndərib. “Roma” ilə 2020-ci ilədək müqaviləsi olan Monçinin bu təklifi qəbul edəcəyi və sərbəstqalma məbləği olaraq, İtaliya klubuna 1 milyon avro ödəyəcəyi bildirilir.
Monçi ilə Emeri “Sevilya”da birlikdə çalışmış və uğurlu olmuşdular.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin