Kyeza Premyer Liqa klubunun hədəfində

“Aston Villa” “Yuventus” klubunun futbolçusu Federiko Kyeza ilə maraqlanır.

Komanda.az “Birmingham Mail”-ə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi italiyalı futbolçunu transferə razılaşdırmağa çalışacaq. “Aston Villa”nın baş məşqçisi Unay Emeri də keçidə müsbət yanaşır.

Öncədən “Liverpul”un Kyeza üçün 40 milyon avro təklif edəcəyi bildirilirdi.

Kyezanın “qoca sinyora” ilə müqaviləsi 2025-ci ilə qədərdir. O, 2022/23 mövsümündə Turin təmsilçisinin heyətində 33 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button