Emeri ÇL-in tarixinə düşdü
PSJ UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Bayern”lə qarşılaşıb (0:1).
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu matç Liqa 1 təmsilçisinin futbolçusu Uorren Zair-Emeri üçün əlamətdar olub.
O, qitənin bir nömrəli klub turnirinin pley-off mərhələsində meydana çıxan ən gənc futbolçu olub. Fransalı bunu 16 yaş 343-cü günündə bacarıb.
Çempionlar Liqasının 1/8 final mərhələsində “Bayern” – PSJ duelinin cavab qarşılaşması martın 8-də, Münhendə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin