“Emeri “Arsenal”da olmağımın əsas səbəbkarı idi”
İcarə əsasında “Arsenal”da çıxış edən “Real”ın yarımmüdafiəçisi Dani Sebalyos açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, yay transfer dövründə “Liverpul”un da maraq dairəsində olan futbolçu, “topçular”a transferiylə bağlı danışıb:
“Liverpul” kimi bir klub mənimlə maraqlandığı üçün qürur duyuram, amma Unay Emeriyə görə “Arsenal”ı seçmişdim. Hazırda “Liverpul”da yaxşı formada olmazdım. Emeri “Arsenal”da olmağımın əsas səbəbkarı idi. Bu kluba daimi oynamaq üçün gəldim. Emeri mənim “Arsenal” üçün vacib olduğumu bildirdi, bura gəlməklə bağlı şübhəm yox idi. Yurgen Klopp da əla məşqçidir, amma gedəcəyiniz komandanın fəlsəfəsinə fikir verməlisiz. Hazırda mənim oyun üslubum “Liverpul” kimi komandaya uyğun gəlməzdi. İstənilən halda, bu məsələlər işlərimi düzgün etdiyimi göstərir.
Son illər müdafiədə oynamağımı da inkişaf etdirmişəm. Meydanda çox çalışıram. Hazırda məşqçilər hərtərəfli futbolçular axtarır, halbuki əvvəllər vacib olan keyfiyyət və hücum bacarıqları idi. İndi futbolda “10 nömrə” anlayışı demək olar ki, yoxa çıxıb. Hazırda əsas məsələ futbolçu keyfiyyətinin yüksək olmasıdır, fiziki göstəricilər isə çox çalışmaqla yaxşılaşdırıla bilər. Düşünürəm ki, Premyer Liqada çalışmaq mənə əlavə xüsusiyyətlər qazandıracaq”.
Bizi Facebook-da izləyin