Emenike qayıdır
“Fənərbaxça”nın sabiq hücumçusu Emmanuel Emenike yenidən Türkiyəyə qayıtmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, bu barədə nigeriyalı futbolçu özü məlumat yayıb. 31 yaşlı forvard sosial şəbəkə hesabından paylaşdığı mesajda, Türkiyə üçün çox darıxdığını və tezliklə yenidən bu ölkəyə dönəcəyini bəyan edib:
“Türkiyə və bu ölkənin futbolu üçün çox darıxmışam. Daha güclü şəkildə geri dönəcəm. Az qaldı. Hörmətlə”.
“Fənərbaxça”da 3 mövsüm forma geyinən və daha sonra “Olimpiakos”a transfer olunan Emenike, 2018-ci ilin iyul ayında Yunanıstan klubu ilə müqaviləsini ləğv edəndən bəri azad agent statusu daşıyır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin