Xavi: “Əməyimiz kifayət qədər qiymətləndirilmir”

İspaniyalı baş məşqçi Xavi Hernandes “Barselona”dakı işindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:

“Mən sabitliyə nail olmaq istəyirdim, amma alınmadı. Əməyimiz kifayət qədər qiymətləndirilmir. Doqquzuncu yerdə olan komandaya qoşuldum və mövsümü ikinci yerdə başa vurdum. Növbəti mövsüm biz həqiqətən çempion olduq”.

Daha əvvəl Xavinin mövsümün sonunda komandadan ayrılacağı açıqlanıb. Kataloniya komandasının yeni baş məşqçisi almaniyalı mütəxəssis Hans-Diter Flik olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button