Elə bir təklif alıb ki…
“Kristal Pelas”ın hücumçusu Vilfrid Zaha klubda qalmağı ciddi şəkildə düşünür.
Komanda.az “TalkSPORT”-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçuya klubun tarixində ən çox maaş alan futbolçu olmaq üçün həftədə təxminən 200 min funt sterlinq dəyərində 4 illik müqavilə təklif olunub.
Daha əvvəl hücumçu ilə “Arsenal”, “Bayern”, “Çelsi”, PSJ, “Roma” və “Marsel”in maraqlandığı bildirilirdi.
Zaha bu mövsüm “Kristal Pelas”ın heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin