Elxanın “krışa”sı
Kürşad
Çayxana
- Qağaaa! Nətəərsən?
- Sağ ol, qardaş, sən necəsən?
- Belə də, babat. Yavaş-yavaş… Qağaaa, yenə fitboldan yazısan?
- Hə.
- Sən canın, olmuyan fitbolun nəyindən yazısan? A kişi, bizdə fitbol var? Xi-xi-xi-xi…
- Bə nədən yazaq?
- Nədən? Manıslardan yaz. Sən öl, dəhişət oxunar. “İnstaqram”da qan eliyillər e. Roza Zərgərli var ha, bax, öyün onun səyifəsinə baxırdım, millət bilisən necə marağ göstərir? Zalım qızı da bilisən nədiii!
- Onlardan yazan var da, bizim işimiz futboldan, idmandan yazmağdı.
- Bax, fitbolun nəyindən yazısan da, nəyindən? “Feysbuk”a girə bilmirəm, o Elxandı, nədi, onu söyənnərin əlinnən. Qağaaa!
- Hə.
- Bu Elxan neynir ki belə, hamı onun əlinnən yanıxlıdı?
- Məmmədov?
- Hə də, o.
- Həəə. Heç nə eləmədiyinə görə söyüllər də. Hi-hi-hi-hi.
- Nətəər yəni heç nə eləmədiyinə görə? Bə nöşün söyüllər yazığı?
- Heç nə eləmədiyinə görə dəəə! Yəni… Necə deyim e… Yəni yaxşı işləmir də. Elə bil, bu Elxan neçə ildi AFFA-dadı da, ortaya heç bir yaxşı iş qoya bilmir, ona görə də söyüllər.
- Hmm. Belə denən dəə. Mən də deyrəm yazığı nöş söyüllər. Qağaaa..?
- Hə.
- Bə bu Elxanın “krışa”sı kimdi ki?
- Dəqiq bilmirəm, ancaq deyillər Elşad Nəsirovdu.
- O kimdi helə?
- Sənin işin-gücün yoxdu? Nəyivə lazımdı Elşad kimdi? Get Rozanın şəkillərinə bax da. Hi-hi-hi-hi.
- Yox e, marağlıdı, valla. Sən canın, kimdi bu Elşad? O kişi var e… Adı nəydi eee… Prezidentdi e özü də.
- AFFA prezidentini deyirsən?
- Həəə, ay sağ ol! Bax, onnan böyü adamdı Elşad?
- Vəzifəsinə görə yox.
- Bə nəyinə görə? Boyuna görə? Xi-xi-xi.
- Məzələnirsən mənnən? Boyuna görə yox, Elşadın “dal”ı güclüdü.
- Həə, belə deynən də. Qağa…
- Hə.
- İndi bınnar getsə, fitbol düzələcəy?
- Bilmirəm, ola bilər düzəlsin, ola bilər yox.
- Necə yəni ola bilər yox? Bə axı bu yazığları bütün gün söyüllər. Elə bil sən öl, bınnar qazonnarın hamısını şumlayıb, camahatı qoymullar fitbol oynamağa.
- Dedim də, bunların da günahı var. Amma futbolun pis gündə olmasının günahkarları təkcə bunlar deyil.
- Bə kimdi, ay qağa?
- Uzun söbətdi e. Sən ən yaxşısı gir “instaqram”a, müğənni arvaddarın dalına bax. Hi-hi-hi.
- Məzələnmə də, sən canın.
- Yaxşı, yaxşı, zarafat elədim.
- Qağaaa.
- Həəə!
- Çayıvı iç, soyutma.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin