Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının prezidenti ilə görüşüb
FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Fransanın paytaxtı Parisdə Yunanıstan Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.
Komanda.az xəbər verir ki, Məmmədov görüş zamanı FİFA prezidenti Canni İnfantinonun rəhbərlik etdiyi nümayəndə heyətində yer alıb.
Görüşdə Yunanıstan Futbol Federasiyasının prezidenti Panayotis Baltakos və baş direktor səlahiyyətlərini icra edən Yakovos Filippusis iştirak edib. Tərəflər Yunanıstan futbolu ilə bağlı məsələləri müzakirə ediblər və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin