Elxan Məmmədov milli komandadan danışdı, pandemiyanı bəhanə etdi
AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov milli komandaların çıxışı ilə bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Məmmədov, bu gün keçirilən mətbuat konfransında milli komandalarla bağlı bunları deyib:
“Ötən il milli komandalar üçün əsas mübarizə koronavirusla bağlı idi. Məhdudiyyətlərə baxmayaraq, yığmalarımız beynəlxalq turnirlərdə iştirak etdi”.
Məmmədovun dediyinə görə, əsas yığma UEFA Millətlər Liqasında daha yaxşı çıxış edə bilərmiş:
“Sadəcə, baş məşqçi Canni De Byazi vəziyyətlə əlaqədar gec gəldi, müəyyən problemlər oldu. Amma nəsil dəyişməsi baş verdi. Daim bu məsələni müzakirə edirdik. Ortaya tamamilə yeni komanda çıxır. Ölkə xaricində oynayan futbolçular yığmaya gələ bilmədilər. Gənclərimiz onları layiqincə əvəz etdilər. Pandemiya idman sahəsini alt-üst etdi”.
Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunda 6 xalla 3-cü yeri tutub.
Bizi Facebook-da izləyin