Elxan Məmmədov icraçı vitse-prezident olacaq?
Bu gün AFFA-nın növbədənkənar konfransı keçirilir.
Komanda.az xəbər verir ki, konfransda AFFA-nın nizamnaməsinə əlavə və dəyişikliklər təklif olunub. Təklif olunan əsas müddəalar bunlardır:
- AFFA-nın idarəetmə orqanlarının müvafiq anlayışlarının verilməsi
- Hüquq-tətbiqedici orqan anlayışının daxil edilməsi
- Müvafiq müddətlərin müəyyənləşdirilməsi
- AFFA-nın İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərinin sayının artırılması
- İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi
- Prezident və icraçı vitse-prezidentin səlahiyyələrinin həcminin müəyyənləşdirilməsi
- Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın nizamnaməsinə uyğunlaşdırılması
- Digər dəyişikliklər
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin