Elxan Məmmədov FİFA prezidenti ilə Almaniyaya getdi
FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov Almaniyaya səfər edib.
Komanda.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, bu, FİFA prezidenti Canni İnfantinonun Almaniyanın Frankfurt şəhərinə səfəri profesində gerçəkləşib.
İnfantino bir hissəsi “FİFA Forward” Proqramı tərəfindən maliyyələşən Almaniya Futbol Assosiasiyasının (DFB) Düşərgəsinə baş çəkib. FİFA prezidenti və Elxan Məmmədovu sabiq Bundesliqa oyunçuları fransalı Yuri Corkayeff (“Kayzerslautern”) və isveçrəli Paskal Suberbühler (“Bayer”) müşayiət edib. Onları DFB prezidenti Bernd Noyendorf və baş katib Hayke Ulrix, Almaniyanın milli komandalar və akademiya üzrə icraçı direktoru Oliver Birhoff qarşılayıb.
Səfər çərçivəsində Almaniya millisinin baş məşqçisi Hans-Diter Fliklə görüş olub.
Bizi Facebook-da izləyin