Elxan Məmmədov: “Bu “virus”un dərmanını tapmışıq”
“Danışılmış oyunlarla bağlı istintaq davam etdirilir. Hüquq-mühafizə orqanları olmadan araşdırmaları bu miqyasda apara bilməzdik. Artıq üç illik mübarizəmizin bəhrəsini görürük”.
Komanda.az xəbər verir ki, bunu AFFA-nın yeni icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.
Məmmədov bildirib ki, digər idman növlərinin nümayəndələrinin də futbola müdaxiləsi olub:
“Bu “virus”un dərmanını tapmışıq. Artıq sağlamlaşmağa doğru gedirik. Amma hələ məhv etməmişik. Bəzi insanlar yenə cinayəti təkrarlamağa çalışırlar. Biz danışılmış oyunlara qarşı mübarizəni aktiv həyata keçirən qurumuq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin