Elxan Məmmədovdan “Spartak”ın azərbaycanlı futbolçusu ilə bağlı AÇIQLAMA
AFFA-nın baş katibi Elxan Məmmədov Rusiyanın “Spartak” klubunda forma geyinən azərbaycanlı futbolçu Ayaz Quliyevin Azərbaycan millisində forma geyinmək ehtimalından danışıb.
Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Məmmədov, Quliyevin atası ilə bir neçə il əvvəl görüşdüyünü deyib:
“Ayazın atası azərbaycanlıdır, onunla tanışıq və bir neçə il əvvəl görüşümüz olub. Həmişə demişik ki, milli komandamızın qapıları Ayaz üçün açıqdır. Bu mövzunu bir neçə dəfə müzakirə etdik. Amma görünür, Ayaz öz taleyini Rusiya millisi ilə bağlamaq istəyir”.
Elxan Məmmədov Quliyevin ABŞ vətəndaşı Maykl Kou Con Elinin burnunu qırmasına da münasibətini bildirib:
“Ayaz belə emosional hərəkətlərə yol verməməlidir. Bu məsələdə Aleksandr Kokorin və Pavel Mamayevin işi ona nümunə olmalıdır”.
Bizi Facebook-da izləyin