AFFA rəsmisi klubları günahlandırdı

Bu gün AFFA-nın konfransı keçirilib.

Komanda.az xəbər verir ki, konfransdan sonra AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb. O, klubların maliyyə hesabatı barədə də danışıb:

“Milli assosiasiyanın hansısa kluba vəsait ayırdıqda ona nəzarət etmək hüququ var. Çünki hər il ictimai təşkilat kimi hesabat veririk. Hər il auditorlardan 5-6 səhifəlik suallar gəlir. Bəzi klublar hesabat təqdim edirlər, amma yüz faiz şəffaf deyil. Pulun hara xərclənməsinə biz yox, klub rəhbəri məsuliyyət daşıyır. Biz FİFA, UEFA və SOCAR-a hesabat veririk”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button