Şərifov Avropa birinciliyində “bürünc” qazandı
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.
Komanda.az xəbər verir ki, 2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan bu yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) iştirak edir. Medallar uğrunda Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparırlar.
Bu gün onlardan daha biri – Elşad Şərifov körpücük üzərinə çıxıb. O, yaşı 23-ə qədər olan atletlərin 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 123 kq-ı ram etməklə 7-ci yeri tutub.
Şərifov təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. O, 160 kq-ı qaldıraraq, bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxıb.
İdmançımız toplam 283 kq (123+160) nəticə ilə yekun sıralamada 4-cü olub.
Bizi Facebook-da izləyin