“Onu Azərbaycan futboluna qazandırmaq lazımdır” – Müsahibə
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov “Zirə” ilə keçirdikləri yoxlama oyunundan (5:3) sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Əhmədov, jurnalistlərin suallarını da cavablandırıb:
- Sol cinah daha aktiv görünürdü. Bunu Təmkin Xəlilzadənin qayıdışı ilə əlaqələndirmək olar, yoxsa…
- Təmkin bizə və Azərbaycan futboluna lazım olan futbolçudur. İntizam problemi var idi. İnşallah, bundan sonra olmaz. Çalışırıq onun üzərində işləyək. O da çalışır. Milli komandaya namizəd futbolçudur. Onu Azərbaycan futboluna qazandırmaq lazımdır. Solda bir nömrəli futbolçudur.
- Yeni transferlər komandaya güc qatıb…
- Keyfiyyətli futbolçu olanda komanda daha yaxşı oyun göstərir.
- Hendrik Eksteyn bu gün daha çox diqqəti cəlb etdi.
- Onun da hazırlığı hələ tam deyil. Onun işgüzarlığı çoxdur. Gələn oyunlarda daha maraqlı futbolçu kimi görünər.
- Onun fiziki cəhətdən zəif görünməsi sonra ona problem yaratmaz?
- Mənim üçün onun fiziki cəhətdən zəif görünməsi problem deyil. İşgüzarlığı daha çoxdur. İnanıram ki, bizim komandaya xeyir verəcək futbolçudur.
- Saşa Stamenkoviçin durumu nə yerdədir?
- Stamenkoviçin müqaviləsi artırılıb, komandada qalacaq.
- Cavid İmamverdiyev artıq neçənci dəfədir ki, penaltini yerinə yetirə bilmir…
- Əsas penalti vuranımız Marko Deviçdir. Olmayanda Cavid vurur. Deviç olmasa, yenə də Cavid vuracaq.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin