Elşad Əhmədov: “Heç-heçə ədalətli nəticə oldu”
“Sabah”ın baş məşqçisi Elşad Əhmədovun Premyer Liqanın ilk turu çərçivəsində “Neftçi” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, Əhmədov 1:1 hesabıyla bitən matçı belə şərh edib:
- İlk oyundu, çətin idi. Uşaqlarda həyəcan var idi. “Neftçi” də uda bilərdi, biz də. Heç-heçə ədalətli nəticə oldu. Rəqibə uğurlar arzu edirəm.
- Cavid İmamverdiyevin bu gün uğursuz çıxış etməsi nə ilə bağlı idi?
- Həyəcandandır yəqin. O, bizim əsas oyunçularımızdandır.
- Harda səhvlər buraxdığınızı bildizmi?
- Bilirəm.
- Bu mövsüm komandanın əsas hədəfi nədir və bu heyət yetərlidirmi?
- Hədəfimiz avrokuboklara vəsiqədir. Bunu bu heyətlə bacararıq. İrəli getmək istəyirik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin