Elnurə Məmmədova üçün AÇ-də təsəlliverici görüş
İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, dördüncü yarış günündə daha 3 qız güləşçimiz mübarizəyə qoşulub.
Lalə Mirzəyeva ilk mərhələdə polşalı rəqibinə qalib gəlib. Ancaq daha sonra Rumıniya idmançısına yenilib.
Elnurə Məmmədova debütdə Almaniya güləşçisi ilə qarşılaşıb. Son saniyələrdə üstünlüyü əldən verən Elnurə minimal fərqlə uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün Məmmədova iyunun 21-də təsəlliverici qarşılaşmaya çıxacaq.
Mərziyə Sadıqova isə Fransa təmsilçisinə məğlub olub.
46 kq
Təsnifat – Lalə Mirzəyeva – Marta Qruşkieviç (POL) 4:2
1/4 final – Lalə Mirzəyeva – Georgiana Antuka (ROU) 3:12
53 kq
1/8 final – Elnurə Məmmədova – Amori Olivya Andriç (GER) 3:4
Təsəlliverici görüş – Elnurə Məmmədova – Mariya Villumsen (DEN)
61 kq
1/8 final – Mərziyə Sadıqova – Çadia Ayaçi (FRA) 4:8
Bizi Facebook-da izləyin