Elmar Baxşıyev: “Mənim də səhvim olur”
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:4 hesabı ilə uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Neftçi”ni təbrik edirəm. Bəlkə də bu mövsümdə ən zəif oyunumuzu keçirdik. İnanıram ki, qarşıdakı matçlarda daha məzmunlu “Qəbələ” görəcəyik. Oyun oyundan fərqlənir. Bu komandaya inanıram. Futbolda ehtimala yer yoxdur. Yanaşmamız düzgün olmalıdır ki, nəticə qazanaq. Sıxıntılarımız olur. Amma bunu bu matçla əlaqələndirməzdim. İlk qolu standart vəziyyətdən buraxdıq. Səhvdən sonra toparlanmaq çətin olur. Amma futbol səhvlər oyunudur”.
O, qapıçı Nicat Mehbalıyevin səhvinə də toxunub: “Futbolçunu səhvə görə kəsib-atmaq da olmur. Nicatı qazanmalıyıq. Nə qədər səhv etsə də, dəstək göstərəcəyəm. Mənim də səhvim olur. Hər şeyi normal qarşılamaq lazımdır”.
Bizi Facebook-da izləyin