Elmar Baxşıyev: “Layiqli qələbə qazandıq”

“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 14-cü turunun açılış matçında “Kəpəz”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçda 2:0 hesabı ilə qalib gələn Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Baxşıyev ağır oyun olacağını öncədən təxmin etdiklərini bildirib:

“Ağır oyun olacağını öncədən də təxmin etmişdik. “Kəpəz” son dönəmlərdə yaxşı performans göstərirdi. Komandam uzun müddətdir oyun ritmindən düşmüşdü. Futbolçuularımı təbrik edirəm. Bu gün yaxşı mübarizə apardılar.

Oyunçuları da qınamaq olmaz, uzun müddət bir yerdə olmayıblar. Bu da oyun ritminin qopmasına gətirib çıxarır. Düşünürəm ki, layiqli qələbə qazandıq.

Ümumi iş prinsipim eynidir. Bu komanda “Qəbələ”yə nisbətən çox balanslıdır. Ona görə, düşünürəm ki, “Araz-Naxçıvan” keyfiyyət baxımından “Qəbələ”dən geri qalmır.

Futbolçunun yaşına deyil, məşq posesində göstərdiyi performansına önəm verirəm. Slavik Alxasovu götürəndə də tərəddüd etməmişdik. Bu gün hazırlıqlı idi, yaxşı da çıxış etdi. Həmçinin, Urfan Abbasov da yaxşı formadadır. Zədəli deyil, sadəcə, Bakıda saxlamışıq”.

“Araz-Naxçıvan” növbəti turda “Turan Tovuz”u qəbul edəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button