Elmar Baxşıyev: “Hər iki komanda qələbəyə layiq oynadı”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyun haqda danışıb.

Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Maraqlı və intensiv oyun alındı. Hər iki komanda qələbəyə layiq oynadı. Təxmin edirdik ki, ağır oyun olacaq. Oyuna iki gün qalmış Məqsəd İsayev və İsnik Aliminin səhhətlərində problemlər var idi. Komandama təşəkkür edirəm. Əzmkarlıq göstərdilər. Layiqli xal qazandıq.

Kobudluq yox idi. Futbol mübarizəni sevir. Futbolçularım mübarizədən çəkinmirdilər.

Oyunçularım məndən küsə bilməzlər. Mən onların hörmətini saxlayıram, onlar da mənim. Səhhətində problem var idi deyə, İsnik Alimiyə dedim ki, birbaşa paltardəyişmə otağına yollansın”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button