Elmar Baxşıyev: “Bu komandaya inamım çoxdur”
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 2:2 hesabıyla başa çatan matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Çempionat üçün darıxmışdıq. Komanda düşündüklərimizi meydanda yerinə yetirməyə çalışırdı. Çətin olacağını bilirdik. Bu komandaya inamım çoxdur. Gələcək oyunlarda azarkeşləri sevindirməyə çalışacağıq.
Qapıçı Nicat Mehbalıyevin oyunundan razı qaldım. Onun çıxışını normal qarşılayıram. Gənc qapıçıdır. Penaltidə hər futbolçu qol vurmaq istəyir. Mən bu amili müsbət qarşılayıram. Hücum xəttimizdə sıxıntı var. Maraqlandığımız oyunçu da var. Amma rəsmi razılıq əldə etməmişik. Heyətə U-19 komandasından oyunçular cəlb etmişik. Onlara gələcək oyunlarda şans verəcəyik. Kapitan Asif Məmmədovun yüngül zədəsi var idi və bu səbəbdən oynamırdı”.
Bizi Facebook-da izləyin