
Elmar Baxşıyev: “Bu hallarla komandanı “sındırmaq” istəyirlərsə, elə də olsun”
“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda “Turan Tovuz”un qonağı olub.
Komanda.az xəbər verir ki, 0:1 hesabı ilə məğlub olan Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Baxşıyev ağır oyun alındığını deyib:
“Ağır oyun alındı. Hər iki komanda meydanda yaxşl mübarizə apardı. Hazırlıqlı gəlmişdik. Ümumi olaraq, yola davam etmək lazımdır. Gələcəyə baxmalıyıq.
Məncə, həmin epizodda “qırmızı” ağır qərar idi. Hətta sarı vərəqə belə göstəriləsi epizod deyildi. Bu hallarla komandanı “sındırmaq” istəyirlərsə, elə də olsun. Belə vəziyyətlərdə VAR əminliklə qərar verirsə, heç nə deyə bilmərik. Yola davam etmək lazımdır.
Heç bir komandanın haqqına girilməsini istəmərik. Futbol ədalət tələb edir. Mənim düşüncəmlə futbolda varlı-kasıb ayırd edilməməlidir. Hər bir sahədə təzyiq olmalıdır. Desəm ki, bizim üzərimizdə təzyiq yoxdur, yalan olar”.
“Araz-Naxçıvan” növbəti turda “Səbail”lə üz-üzə gələcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin