Elmar Baxşıyev: “Avrokubok yox, “Neftçi” ilə oyun haqda düşünürük”
Azərbaycan Premyer Liqasının 25-ci turunun “Zirə” – “Qəbələ” oyunundan (0:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, o, qalib gəldikləri matçla bağlı bu fikirləri səsləndirib:
“Hər iki komanda üçün ağır oyun oldu. Hər iki komanda xarakter göstərdi. Lakin hesab heç kimi aldatmasın. “Qəbələ” həmişə çempionat ərzində meydanda iddiasını göstərib. Uduzduğumuz oyunlarda da komandamdan razı qalmışam. Mövsüm ərzində necə idisə, bu gün də uşaqlar tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Qələbə xoşdur. Amma dayanmaq fikrimiz yoxdur. Çemionatı layiqli şəkildə bitirməyə çalışacağıq. İndi avrokubok yox, “Neftçi”yə qarşı növbəti matç barədə düşünürük”.
Mehri Qurban
Bizi Facebook-da izləyin