
Əliyevli “Eqnatiya”dan qələbə
Azərbaycanlı futbolçu Zamiq Əliyev Albaniya çempionatında növbəti oyuna çıxıb.
Komanda.az xəbər verir ki, onun komandası “Eqnatiya” 15-ci turda “Elbasani”ni qəbul edib.
23 yaşlı müdafiəçi start heyətdə yer alıb və 67-ci dəqiqədə əvəzlənib.
Görüş isə 3:1 hesabı ilə “Eqnatiya”nın xeyrinə başa çatıb. Komanda xalını 26-ya çatdırmaqla 2-ci pillədə qərarlaşıb və lider “Partizani”dən 1 xal geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin