Əliyevli “Eqnatiya”dan inamlı qələbə

Albaniyada ölkə çempionatının 28-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” evdə Tirana “Dinamo”su ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Əliyev 90+7-ci dəqiqədə əvəzlənib.

Hazırda “Eqnatiya” 52 xalla liderliyini davam etdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button