Əliyevin komandası səfərdə uduzdu

Albaniya çempionatında 34-cu turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Partizani” ilə qarşılaşıb.

Zamiqin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Əliyev 90 dəqiqə meydanda olub.

Hazırda “Eqnatiya” 58 xalla liderliyini davam etdirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button