Əliyevin komandası Konfrans Liqasında mərhələ adladı

Azərbaycan yığmasının futbolçusu Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Konfrans Liqasında uğurlu çıxışla yadda qalıb.

Komanda.az xəbər verir ki, Albaniya təmsilçisi turnirin 3-cü mərhələsinə yüksəlib.

Zamiqin komandası hər iki oyunda Minsk “Dinamo”suna qalib gəlib. İlk matçda 2:0 üstün olan “Eqnatiya”ya cavab görüşündə bir qol kifayət edib. Bu qarşılaşmada start heyətində yer alan Əliyev 86-cı dəqiqədə əvəzlənib.

Albanlar növbəti mərhələdə “Olimpiya” (Sloveniya) münasibətlərə aydınlıq gətirəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button