Əliyevin komandası finala yüksəldi

Albaniyaya kubokunda yarımfinalın cavab oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Zamiq Əliyevin komandası “Eqnatiya” bu mərhələdə “Partizani” ilə qarşılaşıb.

Evdə keçirilmiş ilk oyunda 0:1 hesabıyla uduzmuş “Eqnatiya” səfərdə 2:0 qalib gələrək finala yüksəlib.

Zamiq bu görüşdə 90 dəqiqə meydanda olub.

Mayın 1-də keçiriləcək final görüşündə “Eqnatiya”nı Tirana “Dinamo”su ilə oyun gözləyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button