
Əliyev oynadı, Yunanov…
Albaniya çempionatında 10-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, bu ölkədə legioner həyatı yaşayan azərbaycanlı futbolçuların komandaları da növbəti matçlarına çıxıblar.
Zamiq Əliyevli “Eqnatiya” evdə “Dinamo” ilə qarşılaşıb. Bu oyunda qalib müəyyənləşməyib – 1:1. Azərbaycanlı müdafiəçi 90 dəqiqə mübarizə aparıb.
Amil Yunanovlu “Bilis” isə evdə “Teuta”ya 4:0 hesabıyla qalib gəlib. Azərbaycanlı hücumçu bu oyunun iştirakçısı olmayıb.
“Eqnatiya” hazırda 16 xalla 2-ci, “Bilis” 8 xalla 9-cudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin